Menyu

Millimiz Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçiriləcək

Əziz Əzizli
Millimiz Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçiriləcək

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

"Operativ Media" xəbər verir ki, səfərdə məqsəd dəfələrlə Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Gürcüstan yığmasıyla yoldaşlıq görüşü keçirməkdir.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral – 2 mart tarixlərində yoldaşlıq görüşündə iştirak edəcək. Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.

Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir

Teqlər:

"Millimiz G\u00fcrc\u00fcstan y\u0131\u011fmas\u0131 il\u0259 yolda\u015fl\u0131q g\u00f6r\u00fc\u015f\u00fc ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər