Ana səhifə / Cəmiyyət / Masazırda ev yanıb Masazırda ev yanıb 25.02.2024, 09:15 Abşeron rayonunda yanğın hadisəsi baş verib. Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Teqlər: "Masaz\u0131rda ev yan\u0131b"