Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, ikinci oyun günün ilk görüşü Tovuzda baş tutub.
Burada “Turan Tovuz”la “Neftçi” üz-üzə gəlib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Xatırladaq ki, turun ilk oyununda “Kəpəz” “Qəbələ”yə 2:1 hesabıyla qalib gəlib. Bu gün “Səbail”lə “Sabah” da üz-üzə gələcək. “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları sabah keçiriləcək.