Menyu

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edirlər

Əziz Əzizli
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edirlər

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılıblar. 

"Operativ Media" xəbər verir ki, seçmə komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Gənclər Seriyası turnirində mübarizə aparacaq. 

Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançıların, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançıların yarışında bacarığını göstərəcək. 

Bu gün başlanan beynəlxalq turnirə fevralın 25-də yekun vurulacaq

Teqlər:

"Az\u0259rbaycan\u0131n stol\u00fcst\u00fc tennis\u00e7il\u0259ri beyn\u0259lxalq yar\u0131\u015fda i\u015ftirak edirl\u0259r"

Əlaqəli Xəbərlər