Menyu

Azərbaycan yığması Prezident kubokunda daha bir medal qazandı

Əziz Əzizli
Azərbaycan yığması Prezident kubokunda daha bir medal qazandı

İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin kubokunun son günündə Azərbaycan millisi daha bir medal qazanıb.

"Operativ Media" xəbər verir ki, yığmanın heyətində G2 kateqoriyalı yarışda Səyyad Dadaşov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, 58 kq çəkidə bürünc medala yiyələnib. Bununla da komandamız Dünya Taekvondosunun Prezidentinin kubokunu 3 medalla başa vurub. Daha öncə Taleh Süleymanov (87 kq) gümüş, Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafat qazanıb.

Analoji yarış fevralın 20-da parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq

Teqlər:

"Az\u0259rbaycan y\u0131\u011fmas\u0131 Prezident kubokunda daha bir medal qazand\u0131"

Əlaqəli Xəbərlər