Menyu

"Braqa" kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər"

Əziz Əzizli
"Braqa" kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər"

UEFA-nın saytında Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları ilə bağlı yazı dərc olunub.

"Operativ Media" xəbər verir ki, məqalədə "Qarabağ"ın mərhələ adlamaq şansları qiymətləndirilib:

"Qarabağ" 8-ci cəhddən sonra Avropa Liqasının qrupunda ilk iki yerdən birini tuta bildi və pley-offa yüksəldi. Onlar bu mərhələdə "Braqa"ya 4:2 hesabı ilə qalib gəldi. "Braqa"nın Bakıda şansları var, lakin "atlılar" növbəti mərhələyə vəsiqə qazanmağa yaxındır. Komandanın baş məşqçisi Qurban Qurbanovun dediyi kimi: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. "Braqa" kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".

Komandalar arasındakı cavab qarşılaşması fevralın 22-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Azərbaycan təmsilçisi ilk oyunda rəqibini 4:2 hesabı ilə məğlub etmişdi

Teqlər:

"\"Braqa\" kimi komandalar n\u0259tic\u0259ni \u00e7ox tez \u00f6z xeyrin\u0259 \u00e7evir\u0259 bil\u0259r\""

Əlaqəli Xəbərlər