Menyu

Abdullah Zubir Avropa klublarının hədəfində

Əziz Əzizli
Abdullah Zubir Avropa klublarının hədəfində

"Qarabağ”ın futbolçusu Abdullah Zubirin çıxışı Avropa klublarının da diqqətini cəlb edib.

"Operativ Media" Futbolinfo.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi mövsümün sonunda Ağdam klubunu tərk edə bilər.

Məsələ burasındadır ki, cinah oyunçusunun Azərbaycan çempionu ilə müqaviləsi yayda başa çatacaq. Avropa Liqasının pley-off mərhələsində “Braqa” önündəki perofrmansın ardından iki klub ona “elçi düşüb”.

Səfər qarşılaşmasında 4:2 hesablı qələbəyə 2 qol, 1 assistlə töhfə verən Zubir Almaniya Bundesliqasının ortabablarından olan “Auqsburq” və Şotlandiya Premyer Liqasının lideri “Seltik”in maraq dairəsinə düşüb. Futbolçunun Fransaya qayıtmaq variantı da istisna edilmir. Bildirilir ki, Liqa 1-in hazırda avrokuboklarda çıxış edən klublarından biri onu mövsümün sonuna qədər izləmək qərarına gəlib.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər