Sumqayıtda avtomobil yük maşını ilə toqquşub, xəsarət alanlar var
Nərmin Qocamanlı
Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.
Belə ki, "İsuzu" markalı yük avtomobili ilə "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "İsuzu" aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.
Qəza zamanı "Toyota Prius"un sürücüsü Vüsal Hacılı və bir sərnişin xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Teqlər:
"Sumqay\u0131tda avtomobil y\u00fck ma\u015f\u0131n\u0131 il\u0259 toqqu\u015fub x\u0259sar\u0259t alanlar var"