İraq Kürdüstan Regionunun Başçısı COP29-da iştirak etmək üçün Azərbaycana dəvət olunub
Nərmin Qocamanlı
İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət olunub.
"Operativ Media" xəbər verir ki, dəvət Prezident İlham Əliyevin fevralın 17-də Münxendə Neçirvan Bərzani ilə görüşü zamanı gerçəkləşib.
Xatırladaq ki, bu il Azərbaycanda COP29 keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma