Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirilib
Nərmin Qocamanlı
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin nümayəndələri ilə respublikanın ümumtəhsil orta məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.