AZAL-ın Moskva-Gəncə təyyarəsi yola düşüb - YENİLƏNİB
Nərmin Qocamanlı
“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisi saat 17:19-da Bakıdan təyinat nöqtəsinə yola düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
***
16:30
"Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
"Operativ Media" xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafında əlverişsiz hava şəraiti (duman) olub.Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.
Teqlər:
"AZAL-\u0131n Moskva-G\u0259nc\u0259 t\u0259yyar\u0259si yola d\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"