Ölkəyə 4 kiloqram heroin keçirən TIR sürücüsü saxlanılıb
Nərmin Qocamanlı
Sabunçu Rayon Polis İdarəsinin (CAŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib. A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.
Həmçinin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 6 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.
Teqlər:
"\u00d6lk\u0259y\u0259 4 kiloqram heroin ke\u00e7ir\u0259n TIR s\u00fcr\u00fcc\u00fcs\u00fc saxlan\u0131l\u0131b"