"Qarabağ" səfərdə "Braqa"nı məğlub etdi
Əziz Əzizli
Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.
"Operativ Media" xəbər verir ki, tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanmış Azərbaycan çempionu “Qarabağ” da Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşıb.
Bu komandalar arasındakı ilk oyun Braqa şəhərində baş tutub. 1/8 finala vəsiqə qazanmaq iddiasında olan “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönməyə çalışıb. Altı qolluq qarşılaşma məhz Azərbaycan çempionunun inamlı qələbəsiylə yekunlaşıb.
“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral
“Braqa” – “Qarabağ” 2:4
Qollar: Simon Banza, 44. Joao Moutinyo, 90+1-pen. – Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Olavio Juninyo, 65.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net