I Liqada 14-cü tura yekun vurulub
Əziz Əzizli
Bu gün Azərbaycan 1-ci Liqasına 14-cü tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib. "Şamaxı" evdə "İrəvan"a, "Karvan" isə səfərdə lider "Qaradağ Lökbatan"a qalib gəlib.
"Araz-Saatlı" doğma meydanda "Zaqatala" ilə heç-heçə edib - 1:1.
15 fevral (cümə axşamı)
“Şamaxı” – “İrəvan” 2:0
Qollar: Abbas Ağazadə, 14. Ramin Əhmədov, 31.
Şamaxı şəhər stadionu
“Araz Saatlı” – “Zaqatala” 1:1
Qollar: Rəvan Əvəzov, 86 - Nizami Səmədov, 42.
Saatlı OİK stadionu
“Qaradağ Lökbatan” – “Karvan” 0:1
Qol: İzzət Müştaqov, 80.
Lökbatan OİK stadionu
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net