Polşa mətbuatı millimizin üzvündən yazıb
Əziz Əzizli
Polşa mətbuatı Azərbaycan millisininü üzvü Rahil Məmmədovun “LKS Lodz”un heyətində ölkə çempionatının 19-cu turunun “Korona” (1:2) ilə görüşdəki debütünü dəyərləndirib.
"Operativ Media" xəbər verir ki, “lksfans.pl” portalı “Qarabağ”ın sabiq futbolçusu barədə bunları yazıb:
“Debütantlardan biri Hüseyn Baliç idi. “LKS Lodz”un forvardı üçün uğurlu çıxış oldu. Avstriyalı ilk dəqiqələrdən meydana daxil olaraq komandasının yeganə qoluna imza atdı. Start heyətinə daha bir yeni gələn Rahil Məmmədov oldu ki. O, bir neçə səhvə yol versə də, həqiqətən yaxşı oyun nümayiş etdirdi. Məmmədov meydanda ən yaxşılardan idi".
Qeyd edək ki, Rahil Məmmədov bu qış “Qarabağ”dan “LKS Lodz”a keçib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net