Menyu

ÇL: "Latsio" "Bayern"i, PSJ "Real Soseydad"ı məğlub etdi

Əziz Əzizli
ÇL: "Latsio" "Bayern"i, PSJ "Real Soseydad"ı məğlub etdi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Latsio” “Bayern”i qəbul edib. Münhen təmsilçisi səfərdə minimal hesabla məğlub olub.

PSJ isə doğma azarkeşləri önündə “Real Sosyedad”ı sınağa çəkib və inamlı qələbəyə sevinib.

Bu cütlərdə cavab matçları martın 5-də reallaşacaq.

Daha öncə “Mançester Siti” (İngiltərə) Danimarkada “Kopenhagen”ə 3:1, “Real” (İspaniya) isə Almaniyada “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlmişdi.

Çempionlar Liqası

1/8 finalın ilk oyunları

14 fevral

“Latsio” (İtaliya) – “Bayern” (Almaniya) 1:0

Qol: İmmobile, 69-pen.

Baş hakim: Fransua Leteksye (Fransa).

Roma, “Stadio Olimpiko”.

PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:0

Qollar: Mbappe, 58. Barkola, 71.

Baş hakim: Marko Quida (İtaliya).

Paris, “Park de Prens”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər