Menyu

UEFA prezidenti: “Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir

Əziz Əzizli
UEFA prezidenti: “Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir

Hökumətin dəstəyi və milli assosiasiyanın fəaliyyəti sayəsində Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir”.

"Operativ Media" xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin İlham Əliyevə Azərbaycan Prezidenti seçilməsi münasibətilə göndərdiyi təbrik məktubunda bildirib.

Funksioner 30 il əvvəl – 1994-cü ildə AFFA-nın UEFA-nın üzvü seçildiyini xatırladıb: “Futbol infrastrukturu inkişaf edir və bu, oyunlara yeni yanaşmaları təmin edir. Klubların mütəmadi olaraq Avropa səviyyəsində çıxışları fəxr etməyə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradır”.

“Sizin rəhbərliyinizlə Azərbaycan xalqı müxtəlif sahələrdə, o cümlədən idman və futbolda böyük nailiyyətlər əldə edib. Futbola göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Bundan əlavə, Bakı AÇ-2020-nin həlledici oyunlarına ev sahibliyi edərkən hər kəsin əsl həyəcan hissləri keçirdiyini xatırlatmaq istəyirəm”, – Çeferin vurğulayıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər