AÇ: Qadın güləşçilər mübarizəyə başlayır
Əziz Əzizli
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
"Operativ Media" xəbər verir ki, bu gün qadın güləşçilər mübarizəyə qoşulacaq.
Belə ki, 50 kq-da mübarizə aparan Mariya Stadnik 1/4 finalda Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibi ilə üz-üzə gələcək.
Ayona Kolesnik də (59 kq) eyni mərhələdə Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
Bundan başqa yunan-Roma güləşçilərinin həlledici görüşləri baş tutacaq.
60 kq, final
Nihat Məmmədli - Viktor Çiobanu (Moldova)
67 kq, final
Həsrət Cəfərov - Ruslan Biçurin (AİN)
72 kq, final
Ülvü Qənizədə - Səlçuk Canla (Türkiyə)
82 kq, təsəlliverici görüş
Rafiq Hüseynov - Gela Bolkvadze
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net