Ana səhifə / İdman / Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq 13.02.2024, 09:20 Əziz Əzizli Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq. "Operativ Media" xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutacaq. Günün ilk matçında "Turan Tovuz" "Qəbələ" klubunu qonaq edəcək. İkinci matç isə Zirə qəsəbəsində keçiriləcək. "Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Günün son matçında isə "Araz-Naxçıvan" "Neftçi" ilə qarşılaşacaq. Azərbaycan Premyer Liqası 22-ci tur 13 fevral “Turan Tovuz” – “Qəbələ” Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev. Tovuz şəhər stadionu, 15:00. “Zirə” – “Sumqayıt” Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov. Zirə İK stadionu, 17:15. “Araz-Naxçıvan” – “Neftçi” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev. “Dalğa Arena”, 19:30. Teqlər: "Az\u0259rbaycan Premyer Liqas\u0131nda 22-ci tura yekun vurulacaq"