Menyu

Gömrükdə utilizasiya haqqına ƏDV tətbiq olunur? - AÇIQLAMA

Nərmin Qocamanlı
Gömrükdə utilizasiya haqqına ƏDV tətbiq olunur? - AÇIQLAMA

Fevral ayının 1-dən etibarən minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınır.

Bəs bu zaman alınan utilizasiya haqqının Əlavə Dəyər Vergisi (ƏDV) də avtomobil sahibindən alınmalıdır?

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Operativ Media”ya bildirilib ki, minik avtomobillərinin gömrük ərazisinə gətirilməsi ilə bağlı alınan utilizasiya haqqı "Nəqliyyat Vasitələrinin Utilizasiya Fondu"na köçürülür. 

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsi ilə bağlı alınan utilizasiya haqqına isə ƏDV tətbiq olunmur.

Qeyd edək ki, sosial şəbəkələrdə DGK-da utilizasiya haqqına ƏDV tətbiq edilməsinə dair məlumatlar yayılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər