Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
Teqlər:
"Sabah 23 d\u0259r\u0259c\u0259y\u0259d\u0259k isti olacaq"