Menyu

Tacikistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib

Redaksiya
Tacikistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib

Başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Yusupov Mamur İkromoviçin verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan "Operativ Media"ya bildirilib ki, Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Teqlər:

"Tacikistan\u0131n axtar\u0131\u015fa verdiyi \u015f\u0259xs Az\u0259rbaycanda saxlan\u0131laraq t\u0259hvil verilib"

Əlaqəli Xəbərlər