Tomas Heberli: "Azərbaycanla bir qrupa düşmək istəmirdik"
Əziz Əzizli
Estoniya yığmasının baş məşqçisi Tomas Heberli UEFA Millətlər Liqasının 2024-25 mövsümünün püşkünü dəyərləndirib.
"Operativ Media" xəbər verir ki, 49 yaşlı mütəxəssis C Liqasında İsveç, Azərbaycan və Slovakiya ilə birlikdə düşdükləri qrup barədə fikirlərini bölüşüb: “Qrupun keyfiyyəti haqda danışmağa ehtiyac yoxdur. Rəqiblərdən İsveç və Azərbaycanı yaxşı tanıyırıq. Həmçinin onlar da bizim oyunumuzu bilirlər. Əlbəttə ki, asan qrup olmayacaq. Açığı, İsveç və Azərbaycanla bir qrupa düşmək istəmirdik. Fikrimcə, digər qrupda yer alsaydıq, daha yaxşı olardı”.
İsveçrəli mütəxəssis yeni yüksəldikləri C Liqasında qalmağı hədəflədiklərini söyləyib: “Qələbələrin sayını artırmalıyıq. D Liqasında güclü olduğumuzu göstərdik. İndi bunu C Liqasında da təkrarlamalıyıq. Məqsədimiz bu liqada qalmaqdır”.
Qeyd edək ki, Millətlər Liqasında mövsümə sentyabrda start veriləcək.
Teqlər:
"Tomas Heberli: \"Az\u0259rbaycanla bir qrupa d\u00fc\u015fm\u0259k ist\u0259mirdik\""