Menyu

"Qarabağ"ın U-15 komandası ikinci matçında da qələbə qazandı

Əziz Əzizli
"Qarabağ"ın U-15 komandası ikinci matçında da qələbə qazandı

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.

"Operativ Media" Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”ı ilə qarşılaşıb.

İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn "atlılar" ardıcıl ikinci qələbəsini qazanıb. “Qarabağ” rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Qarabağ " qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər