Menyu

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri müəyyənləşir

Əziz Əzizli
Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri müəyyənləşir

Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2024/2025 mövsümündəki rəqibləri bu gün bilinəcək.

"Operativ Media" xəbər verir ki, turnirin püşkü Fransanın paytaxtı Parisdə atılacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə Azərbaycan yığması C Liqasının 2-ci səbətində yer alacaq. Millimiz həmin liqanın 1-ci, 3-cü və 4-cü səbətindəki komandalardan birinə rəqib olacaq. Qaydalara əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməzlər.

UEFA Millətlər Liqası

2024/2025 mövsümü

8 fevral

A Liqası

1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland

2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan

3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa

4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya

B Liqası

1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels

2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç

3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro

4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan

 

C Liqası

1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq

2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları

3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr

4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya

D Liqası

1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta

2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn

Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər