Menyu

Azərbaycan millisinin Millətlər Liqasında potensial rəqibləri bəlli oldu

Əziz Əzizli
Azərbaycan millisinin Millətlər Liqasında potensial rəqibləri bəlli oldu

Fevralın 8-də Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/25-ci illər mövsümünün püşkatması keçiriləcək.

"Operativ Media" AFFA-nın saytına istinadən xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan millisinin potensial rəqibləri məlumdur.

Yığmamız 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz

Teqlər:

"Az\u0259rbaycan millisinin Mill\u0259tl\u0259r Liqas\u0131nda potensial r\u0259qibl\u0259ri b\u0259lli oldu"

Əlaqəli Xəbərlər