Menyu

Juninyo: "Qollar vururam, çünki komandaya və baş məşqçinin ideyalarına uyğunam"

Əziz Əzizli
Juninyo: "Qollar vururam, çünki komandaya və baş məşqçinin ideyalarına uyğunam"

"Qarabağ”ın futbolçusu Juninyo Portuqaliyanın ojogo.pt saytına açıqlama verib. 

"Operativ Media" xəbər verir ki, 27 yaşlı hücumçu Ağdam təmsilçisinə transferindən, Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirəcəkləri matçlardan danışıb.

O, uşaqlıq arzusunu reallaşdırmaq - Çempionlar Liqasında oynamaq üçün “Qarabağ”a gəldiyini deyib: “Mənə təqdim olunan layihəyə və uşaqlıq arzuma - Çempionlar Liqasında oynamağa görə “Qarabağ”a gəldim. Hələ Çempionlar Liqasında oynamıram, amma Avropa Liqasında mübarizə aparırıq və inkişaf mərhələsindəyik”. 

Baş məşqçi Qurban Qurbanovun ideyalarına uyğun gəldiyini deyən forvard özünü bu komandada tamamlanmış hiss etdiyini vurğulayıb: “Qollar vururam, çünki komandaya və baş məşqçinin ideyalarına uyğunam. Hər şey bu əlaqədən irəli gəlir. Qısa müddətdir ki, bu ölkədəyəm. Amma ölkəyə tez uyğunlaşdım. Riçard Almeydanın uzun illərdir, burada olması işimi asanlaşdırdı. İlk vaxtlarda mənim üçün asan olmadı. Başqalarını başa düşməkdə çətinlik çəkirdim. Dil və mədəniyyətlər fərqlidir”.

Juninyo “Braqa”ya qarşı keçirəcəkləri oyunlar haqda bunları söyləyib: “Avropa Liqasındakı oyunlarımız bir xəyal idi. Bu, əvvəllər yaşadıqlarından tamamilə fərqli hislər idi. Mənim üçün inanılmaz təcrübə oldu. Biz bilirik ki, Avropada asan matç yoxdur. “Braqa” ilə görüşlər nə bizim üçün asan olacaq, nə də rəqib üçün. “Braqa” yaxşı oynamağı bacaran əla komandadır. Lakin indi biz onları düşünmürük, oyundan-oyuna irəliləmək istəyirik”. 

Əlavə edək ki, Juninyo 2023-cü ilin yayından "Qarabağ"da oynayır.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə fevralın 22-də Bakıda olacaq

Teqlər:

"Juninyo: \"Qollar vururam \u00e7\u00fcnki komandaya v\u0259 ba\u015f m\u0259\u015fq\u00e7inin ideyalar\u0131na uy\u011funam\""

Əlaqəli Xəbərlər