"Barselona"nın sabiq furbolçusu hakim qarşısına çıxarılır
Əziz Əzizli
"Barselona"nın və Braziliya millisinin keçmiş futbolçusu Dani Alves 2022-ci ildə şəhərdəki gecə klubunun tualetində qadına cinsi təcavüz etdiyi iddiası ilə bu gün Barselonada məhkəmə qarşısına çıxacaq.
"Operativ Media" xəbər verir ki, 40 yaşlı müdafiəçi ötən ilin yanvarında İspaniyada həbs edilib və o vaxtdan həbsxanada saxlanılır.
Alves əvvəlcə tanımadığını dediyi qadınla cinsi əlaqədə olduğunu inkar edib.
Daha sonra o, ittiham edən şəxslə razılıq əsasında cinsi əlaqədə olduğunu söyləyib və evliliyini qorumaq üçün əvvəlcə bunu inkar etdiyini bildirib
İspaniyada zorlama iddiası ümumi cinsi təcavüz ittihamı ilə araşdırılır və 4 ildən 15 ilə qədər həbs cəzasına məhkum edilir.
İspaniya prokuroru Alveşin 9 il müddətinə azadlıqdan məhrum edilməsini və qadına 150 min avro təzminat ödəməsini tələb edir.
Barselonanın ən yüksək məhkəməsində üç gün davam edəcəyi gözlənilən iclasa üç hakimdən ibarət kollegiya sədrlik edəcək. Məhkəmədə, zərər çəkmiş olduğu iddia edilən qadın, Alveş və təxminən 30 adamın ifadələri alınacaq.
Zərərçəkmiş olduğu iddia edilən şəxsin ekran arxasından ifadə verəcəyi, dinləmə qeydlərində şəxsiyyətini qorumaq üçün səsinin və görüntüsünün təhrif ediləcəyi öyrənildi.
Teqlər:
"\"Barselona\"n\u0131n sabiq furbol\u00e7usu hakim qar\u015f\u0131s\u0131na \u00e7\u0131xar\u0131l\u0131r"