Coşqun Diniyevin komandasında baş məşqçi ayrılığı yaşanıb
Əziz Əzizli
Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Umraniyəspor" klubunun baş məşqçisi Mustafa Gürsel istefaya göndərilib.
"Operativ Media" xəbər verir ki, bu haqqda klubun mətbuat xidməti məlumat yayıb.
Coşqun Diniyev instaqram hesabının hekayə bölməsində baş məşqçi ilə vidalaşıb.
"Karyeram boyu ən yaxşı baş məşqçi ilə yollarımız ayrılsa da, sizi və komandanızı heç bir zaman unutmayacağam. Bütün uğurların sizinlə olacağına əminəm"
Qeyd edək ki, Coşqun Diniyev "Ümraniyəspor" klubuna keçən ilin yayında keçmişdi.