"Qarabağ"ın sabiq hücumçusu, hazırda "Ferentsvaroş" klubunda çıxış edən Kvabena Ovusu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanalı hücumçu "Sivasspor" klubunun maraq dairəsinə düşüb. Türkiyə təmsilçisi artıq Macarıstan klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm "Ferentsvaroş"un heyətində 8 matça çıxıb. Qol vura bilməyən hücumçu cəmi 2 assist etməyi bacarıb.