Karlo Ançelotti: "Hakimlərin qərarları doğru idi"
Əziz Əzizli
İspaniya La Liqasının 21-ci turu çərçivəsində keçirilən matçda "Real Madrid" "Almeriya"nı 3-2 hesabı ilə məğlub edib. Matçdan sonra qonaq komandanın futbolçuları hakim səhvindən gileyləniblər. Amma baş məşqçi Ançelotti qonaq komandanın fikri ilə razı deyil.
"Operativ Media" xəbər verir ki, jurnalistlərə açıqlama verən Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti hakimlərin qərarlarının doğru olduğunu bildirib.
"Bu gün hakimin qərarları doğru idi. "Almeriya"nın verdiyi reaksiyanı başa düşürəm amma qərarların hamısı doğru idi".
Qeyd edək ki, "Real Madrid" qələbə qolunu artırma dəqiqələrdə vuraraq xal itkisindən xilas olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net