NATO-nun Hərbi komitəsinin sədri: "Rusiya ilə münaqişəyə hazırlaşmalıyıq"
Nərmin Qocamanlı
"Mülki əhali yaxın 20 ildə Rusiya ilə hərtərəfli müharibəyə hazırlaşmalıdır".
"Operativ Media" "The Telegraph"a istinadən xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib.
"Biz başa düşməliyik ki, bizim dinc mövcudluğumuz qarantiyalı deyil. Və buna görə də biz Rusiya ilə münaqişəyə hazırlaşmalıyıq. Biz hər şeyə hazır olmalıyıq. Hər hansı bir vəziyyətdə müharibənin baş verib-verməməsindən asılı olmayaraq daha çox insanı yetişdirməyə imkan verən sistem yaratmalıyıq, - deyə o bildirib.