Menyu

Adrian Mutu "Neftçi"yə görə 100 min avro xərcləyib

Əziz Əzizli
Adrian Mutu "Neftçi"yə görə 100 min avro xərcləyib

Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu mövsümün əvvəlində Azərbaycan klubu üçün Buxarest “Rapid”ini tərk etmişdi.

"Operativ Media" Rumıniya mətbuatına istinadən xəbər verir ki, bu, 44 yaşlı mütəxəssisə havayı başa gəlməyib. O, açıqlamasında yayda öz cibindən 100 min avro təzminat ödəyərək “Rapid”lə müqaviləyə xitam verdiyini və “Neftçi”nin “sükanı arxasına” keçdiyini söyləyib.

Əslində, müqaviləyə xitam üçün təzminatın məbləği 200 min avro təşkil edirdi. Lakin klubla mütəxəssis arasında danışıqda Buxarest təmsilçisi endirimə gedib.

Mutu “Neftçi” ilə 2 illik müqavilə bağlasa da, Premyer Liqa təmsilçisində cəmi 6 ay qala bilib. “Ağ-qaralar” ötən ay onunla yolları ayıraraq, baş məşqçi postuna Miodraq Bojoviçi gətirib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər