Türkiyə Kuboku: "Fənərbağça" darmadağınla.mərhələ adladı
Əziz Əzizli
Türkiyə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.
“Başakşəhər” evdə “Boluspor”u, “Qaziantep” “Bodrumspor”u, “Antalyaspor” “Pendikspor”u, “Fənərbaxça” da “Adanaspor”u məğlub edərək 1/8 finala yüksəlib.
“Alanyaspor” “Samsunspor”a uduzaraq kubokla vidalaşıb. “Adana Dəmirspor” da “Ərzincanspor”la görüşdə penaltilərlə uduzaraq kubokdan kənarda qalıb. “Adana Dəmirspor”un formasını geyinən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev, eləcə də “Boluspor”da çıxış edən Vüsal İsgəndərli kubok oyunlarının iştirakçısı olmayıblar.
Türkiyə Kuboku
1/16 final
16 yanvar
Fatih Karagümrük – Kırklarelispor 2:0
Kasımpaşa – Bandırmaspor 0:1
Hatayspor – Sakaryaspor 5:1
Ankaragücü – Rizəspor 3:1
Beşiktaş – Eyüpspor 4:0
17 yanvar
Antalyaspor – Pendikspor 2:1
Başakşəhər – Boluspor 1:0
Qaziantep – Bodrumspor 1:0
Alanyaspor – Samsunspor 1:3
Adana Dəmirspor – Ərzincanspor 2:2 (penaltilər 6:7)