Menyu

Türkiyə klubu 37 yaşlı qapıçı transfer edib

Əziz Əzizli
Türkiyə klubu 37 yaşlı qapıçı transfer edib

Fatih Karagümrük” klubu heyətini yeni qapıçı ilə gücləndirib. Türkiyə təmsilçisi Salvatore Siriqunu transfer edib.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  37 yaşlı qapıçı ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Daha əvvəl Fransada PSJ, İspaniyada “Sevilya”, İtaliyada “Torino”, “Cenoa”, “Napoli” kimi klublarda forma geyinən Siriqunun son ünvanı Fransa “Nitsa”sı olub. Sentyabrdan azad agent olan qolkiper ilk dəfə qardaş ölkədə çıxış edəcək

Teqlər:

"T\u00fcrkiy\u0259 klubu 37 ya\u015fl\u0131 qap\u0131\u00e7\u0131 transfer edib"

Əlaqəli Xəbərlər