"Qalatasaray" "Reyncers"in futbolçusunu icarəyə götürür
Əziz Əzizli
Qış transfer dövründə heyətini gücləndirmək istəyən "Qalatasaray" Şotlandiyanın "Reyncers" komandasında çıxış edən Rıdvan Yılmaz üçün hərəkətə keçib.
"Operativ Media" "Trt Spor"a istinadən xəbər verir ki, "Qalatasaray" 22 yaşlı sol cinah müdafiəçisini mövsümün sonunda heyətinə qatmaq şərti ilə icarəyə götürmək istəyir. Bu mövsüm Şotlandiya klubunda 13 oyuna çıxan futbolçu 1 məhsuldar ötürmə edə bilib.
"Beşiktaş"ın akademiyasında yetişən Rıdvan Yılmaz 2022-ci ildə “Reyncers”ə yollanıb. Gənc futbolçu yay transfer dönəmində də "Qalatasaray"ın gündəmində olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net