Menyu

Qurban Qurbanov: "Hal-hazırda ona ehtiyacımız var"

Əziz Əzizli
Qurban Qurbanov: "Hal-hazırda ona ehtiyacımız var"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı üzvü Leandro Andradenin mümkün gedişini şərh edib. 

"Operativ Media" xəbər verir ki, bu gün “Zirə”yə qarşı keçirilən yoxlama oyunundan (4:0) sonra brifinq keçirən mütəxəssis futbolçuya görə Çinin "Şanxay Şenxua" klubundan təklif aldıqlarını təsdiqləsə də, hələlik Andrade ilə vidalaşmaq fikrində olmadıqlarını bildirib: 

“Bəli, Leandro Andradeyə görə Çindən rəsmi təklif var idi. Klub üçün də pis təklif deyildi. Lakin bizim hal-hazırda ona ehtiyacımız var. Ona görə də danışıqları maksimum çalışdıq ki, saxlayaq. Hələ ki, Andrade bizim futbolçumuzdur”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər