İsrailli futbolçu Türkiyədən deportasiya edilir
Əziz Əzizli
“Trabzonspor” matçında qol vurduqdan sonra etdiyi hərəkətə görə saxlanılan “Antalyaspor”un israilli futbolçusu Saqiv Jehezkelin deportasiya edilməsinə qərar verilib.
"Operativ Media" xəbər verir ki, “İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayətini törətdiyi iddiası ilə məhkəmə qarşısına çıxarılan israilli futbolçu haqqında deportasiya qərarı çıxarılıb.
Qeyd edək ki, "Trabzonspor" matçında vurduğu qoldan sonra İsrailli futbolçu Saqiv Jehezkel İsrailin Qəzzaya hücumlarının başlama tarixinə işarə edərək biləyində "Davidin ulduzu" və "100 gün. 7 oktyabr" yazılarını göstərərək İsrail təbliğatı aparıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net