Menyu

"Real Madrid" İspaniya Superkubokunun qalibi oldu

Əziz Əzizli
"Real Madrid" İspaniya Superkubokunun qalibi oldu

İspaniya Superkubokunun finalında "Real Madrid" "Barselona"nı 4:1 hesabı ilə məğlub edib.

"Operativ Media" xəbər verir ki, "Real Madrid"in qollarını 7, 10 və 39-cu dəqiqələrdə Vinisius Junior, 64-cü dəqiqədə isə Rodriqo vurub. Robert Levandovski isə 33-cü dəqiqədə "Barselona"nın yeganə qolunu vurub.

"Barselona"nın futbolçusu Ronald Araujo 71-ci dəqiqədə ikinci sarı vərəqə gördüyü üçün qırmızı vərəqə ilə cəzalanıb. “Barselona”nın türk əsilli yarımmüdafiəçisi İlkay Gündoğan matçda 90 dəqiqə meydanda qalıb. "Real Madrid"in gənc ulduzu Arda Gülərin matçda meydana çıxmaq şansı olmayıb.

 Bu nəticədən sonra "Real Madrid" İspaniya Superkubokunun çempionu olub.

Teqlər:

"\"Real Madrid\" \u0130spaniya Superkubokunun qalibi oldu"

Əlaqəli Xəbərlər