Menyu

"Qəbələ"nin yeni transferi Misirin qapısına qol vurdu

Əziz Əzizli
"Qəbələ"nin yeni transferi Misirin qapısına qol vurdu

"Qəbələ"nin yeni transferi Klesio Bauk Mozambik millisində qol vurub.

"Operativ Media" xəbər verir ki, o, Afrika Millətlər Kubokunun B qrupunun ilk turunda Misirə qarşı matçda fərqlənib. 29 yaşlı hücumçu 58-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Misir heç-heçə qolunu 90+7-ci dəqiqədə penaltidən vurub. 

Misir - Mozambik - 2:2

Qollar: Mohamed, 2 (1:0), Quembo, 55 (1:1), Bauk, 59 (1:2), Salah, 90+7pen. (2:2)

K.Bauk 46-cı dəqiqədə meydana daxil olub və sonadək oynayıb.

Qeyd edək ki, B qrupunun Qana-Kape Verde görüşü 00:00-da başlayıb.

Xatırladaq ki, "Qəbələ" bu ay Klesio Baukla 2,5 illik müqavilə imzalayıb.

Teqlər:

"\"Q\u0259b\u0259l\u0259\"nin yeni transferi Misirin qap\u0131s\u0131na qol vurdu"

Əlaqəli Xəbərlər