Transfer çalışmalarını davam etdirən "Fənərbağça" klubu belçikalı hücumçu Mişi Batsuayinin komandada ayrılma ehtimalını nəzərə alaraq yeni hücumçu transfer etmək istəyir. İstanbul təmsilçisi axtardığı hücumçunu Sərbiyada tapıb.
"Operativ Media" "SportsDigitale"dan Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, "Fənərbağça" "Partizan"da çıxış edən Matheus Saldanya üçün futbolçunun klubu ilə rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, braziliyalı futbolçu keçən il icarə əsasında "Neftçi" klubunda çıxış edib. Daha sonra müqaviləsinə qarşılıqlı olaraq xitam verərək "Partizan"a keçib.