Menyu

"Borussiya Dortmund" növbəti transferini açıqladı

Əziz Əzizli
"Borussiya Dortmund" növbəti transferini açıqladı

Dortmund "Borussiya"sı Ceydon Sançonun ardından növbəti transferini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Dortmund klubundan verilən açıqlamada "Çelsi"nin sol cinah müdafiəçisi Yan Maatsenin mövsümün sonuna qədər icarəyə götürüldüyü bildirilib.

Klubun saytına açıqlama verən gənc sol cinah müdafiəçisi "Bu transferin baş tutduğu üçün çox şadam. Komandanın uğuru üçün hər şeyi verəcəyimə söz verirəm və azarkeşləri görmək üçün səbirsizlənirəm" deyə bildirib.

Bu mövsüm "Çelsi"nin heyətində 15 matçda meydana çıxan 21 yaşlı futbolçu nə qol vura, nə də məhsuldar ötürmə edə bilib.

Teqlər:

"\"Borussiya Dortmund\" n\u00f6vb\u0259ti transferini a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər