Qurban Qurbanov: "Neftçi"nin "Qarabağ"ı təbrik etməməsinə münasibət bildirib
Əziz Əzizli
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə “Neftçi”nin onları təbrik etməməsinə münasibət bildirib.
"Operativ Media" xəbər verir ki, o, dünən “Nefçi”yə qalib gəldikləri (2:0) Misli Premyer Liqanın 17-ci turunun oyunundan sonra təşkil edilən mətbuat konfransında bu məsələyə toxunub. Q.Qurbanov digər klubların sosial şəbəkə hesablarında “Qarabağ”ı təbrik etdiyi halda “Neftçi”nin bunu etməməsi haqda suala cavabında deyib:
“Tam bilmirəm. Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Burda böyüdüləsi bir şey görmürəm”.