Menyu

Vaşinqton İran raket təhlükəsinə qarşı müdafiə sistemlərinin yerini dəyişir

Operativ Media
Vaşinqton İran raket təhlükəsinə qarşı müdafiə sistemlərinin yerini dəyişir

ABŞ İran raketlərinin hədəfinə çevrilməmək üçün hava hücumundan müdafiə (HHM) sistemlərini gizli şəkildə İordaniyaya köçürüb.

Operativ Media xəbər verir ki, bu barədə peyk görüntülərinə istinadən "Khabar Fouri" məlumat yayıb.

"Peyk görüntüləri göstərir ki, ABŞ öz bahalı hava hücumundan müdafiə sistemlərini İran raketlərinin və pilotsuz uçuş aparatlarının əlçatanlıq zonasından geri çəkir", – məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Əlaqəli Xəbərlər