Antalya Diplomatiya Forumu başa çatıb
Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur.
Operativ Media xəbər verir ki, nazir bu fikirləri Antalya Diplomatiya Forumunun yekununda mətbuata açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Orta Dəhlizin reallaşmasında regionun rolu böyükdür və Cənubi Qafqazda sabitlik bu marşrutun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Fidan qeyd edib ki, Zəngəzur dəhlizi Türkiyə üçün vacib istiqamətlərdən biridir və bu mövzuda Avropa İttifaqı ilə də əməkdaşlıq aparılır.
Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra region ölkələrinin inkişafı sürətlənəcək və tərəflər bu mərhələyə yaxınlaşıb.
Qeyd edək ki, forum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil olunub.