Əraqçi pakistanlı həmkarı ilə telefon danışığı aparıb
Operativ Media
İranın xarici işlər naziri Abbas Əraqçi ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə A. Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.
"İran və Pakistanın xarici işlər nazirləri ən son regional və beynəlxalq proseslər, eləcə də ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.