ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyaya qarşı davam edən mübarizəni və ABŞ-ın Kiyevə davamlı dəstəyinin həyati əhəmiyyətini müzakirə etmək üçün Ağ Evdə görüşə dəvət edib.
"Operativ Media" "Golosameriki.com"a istinadən xəbər verir ki, görüş dekabrın 12-də baş tutacaq.
Ağ Evin bəyanatında deyilir ki, Bayden və Zelenski Ukraynanın təcili ehtiyaclarını müzakirə edəcəklər.
Ukrayna prezidentinin ofisi Zelenskinin bu gün Vaşinqtona gedəcəyini bildirib.