Ana səhifə / Ölkə / Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib 22.04.2026, 17:18 Operativ Media Aprelin 23-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın,Cəbrayıl, Füzuli, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.