Ana səhifə / Dünya / Türkiyənin İrana ayırdığı humanitar yardım yola salınıb Türkiyənin İrana ayırdığı humanitar yardım yola salınıb 22.04.2026, 22:04 Operativ Media Türkiyənin İrana ayırdığı humanitar yardım yola salınıb və aprelin 24-də sərhədi keçəcəyi bildirilir. Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial şəbəkə hesabında yazıb. Qeyd edilib ki, dərman və tibbi ləvazimatlar yüklənmiş 6 TIR-dan ibarət yardım karvanı Gürbulak sərhəd keçid məntəqəsi vasitəsilə İrana göndəriləcək.