Rəşad Məmmədov Türkiyənin ədliyyə naziri ilə görüşüb
Operativ Media
Türkiyənin ədliyyə naziri Akın Gürlek Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşdə iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dost və qardaş ölkə olaraq, xüsusilə ədliyyə sahəsində əməkdaşlığı sahəsində birgə fəaliyyətimizi və bölgəmizdəki son prosesləri müzakirə etdik. "Bir millət, iki dövlət" anlayışı ilə qurumlarımız arasında səmimiyyət və qardaşlıq əsasında əməkdaşlığı daha da gücləndirməyə davam edəcəyik", - nazir yazıb.